Hörmətli cənab/xanım,

Səyahət və səfərlərlə bağlı ehtiyaclarınızı təmin etmək məqsədilə yaradılmış “Spektr” turizm agentliyi öz xidmətlərini Sizə təqdim edir. Hər bir şəxsin malik olduğu səciyyəvi arzu və istəkləri qarşılamaq üçün bütün səylərimizi sərf edirik. Çox sayda xarici dil bilən və turizm sahəsində çoxillik təcrübəyə malik olan peşəkar işçi heyətimiz, ödәdiyiniz məbləğ müqabilində sizi qane edəcək yüksək keyfiyyətli xidmətlərin təqdim olunacağına zəmanət verir.

2002-ci ildə təşkil edilmiş “Spektr Travel” agentliyi bir sıra xarici ölkələrə şəxsi və işgüzar səfərlər təşkil edir. Şirkətimiz Bakı şəhərində iki ofislə təmsil edilir. Baş ofisimiz Bakının mərkəzində, Nizami küçəsi 111 ünvanında, ikinci ofisimiz isə Şərifzadə küçəsində yerləşir. Şirkətimiz göstərilən bu ünvanlardan əhaliyə müxtəlif növ xidmətlər təqdim edir. Şəki şəhərində yerləşən filialımızın fəaliyyət dairəsi isə Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edir. Yuxarıda qeyd olunanlara əlavə olaraq bildirmək istərdik ki, biz IATA təşkilatının üzvüyük.

Şirkətimiz aşağıdakı xidmətləri sizə təqdim edir:

  • Uçuş biletlərinin sifarişi və satışı
  • Biletlərin qapıya təslimi
  • Viza alınması üçün yardım
  • Azərbaycanın ən rahat mehmanxanalarında aşağı qiymətlərlə otaqlar
  • Nəqliyyat – dəmiryolu, maşın və mini-avtobus xidmətləri
  • Daxili və xarici turizm
  • Azərbaycan ərazisində və ya xarici ölkələrə qrup və ya VİP turları
  • Bələdçi və tərcüməçi xidmətləri
  • Qonağın hava limanında qarşılanması və yola salınması

Spektrin ölkə daxili tur paketini əldə edən şəxslər Azərbaycanın rayonlarına səyahət etmək; ölkənin zəngin, qeyri-adi mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Göstərdiyimiz xarici turizm xidmətlərindən faydalanın... Yalnız hara getmək istədiyinizi və özünüz haqqında bəzi məlumatları bizə bildirin. Sizin vizanızla bağlı məsələləri biz həll edirik; daha uyğun uçuş vaxtını biz müəyyən edirik; istəyinizə uyğun mehmanxananı biz seçirik və səfərinizin xoş və rahat keçəcəyinə təminat veririk! Bizim tərəfimizdən təklif olunan xidmətlərin keyfiyyəti sizi bir daha bizə müraciət etməyə məcbur edəcək və gələcək istirahətinizi bizimlə birlikdə planlaşdıracaqsınız.

Sizin təşkilat mütəmadi olaraq xaricdən işgüzar qonaqlar qəbul edirmi? Bütün vaxtınızı işinizə sərf edin. Qonağın qayğısına qalmağı isə bizə həvalə edin. Biz sizin qonaqları hava limanında qarşılayıb onlara viza almaqda yardimçı olacağıq. Onları sərfəli qiymətlərlə Azərbaycanın ən rahat mehmanxanalarında yerləşdirəcəyik. Peşəkar bələdçilərimiz onları şəhər və rayonlarımızla tanış edəcək, istənilən restoranlarda yer sifariş edəcək, konsert biletləri əldə edəcək və ölkənin mədəni-ictimai həyatına dair məlumat verəcəklər. Biz eyni zamanda konfrans və işgüzar görüşlərin keçirilməsi üçün müvafiq yerlər də təklif edirik. Qonaqlarınızın rahatlıqla yola salınması üçün lazım olan bütün xidmətləri göstəririk.

Korporativ müştərilər üçün xüsusi endirimlər mövcuddur!

Hörmətlə,
Göydəniz Qəhrəmanov

Baş Direktor

İş günləri: Həftənin 7 günü !!! Saat 09:00 dan 19:00 –dək, Şənbə- bazar günləri isə saat 10:00 – 17:00
Həyat daimi səyahətdir... yaxşı səyyah olmağa çalış.